Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğradı - 83 ölü

  • 15:54 - 27 Yanvar

Əfqanıstanın Qəzni vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, Qəzni valisi Vahidullah Kilimzey təyyarənin yerli vaxtla 13:10-da vilayətin Deh Yek rayonuna məxsus Saduzey bölgəsinə düşdüyünü deyib.

Qəzni polis rəisi Əhməd Xalid Vardak təyyarənin Ariana Hava Yollarına məxsus olduğunu açıqlayıb. 

İlkin məlumata görə təyyarədə 83 nəfər olub. Digər məlumata görə, Heratdan Dehliyə uçan təyyarədə 110 nəfər olub. 


Oxunma sayı: 10968

Oxşar yazılar