Ceyhun Bayramov hökümətə yeni qanun layihəsi təqdim etdi

  • 16:02 - 27 Yanvar

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməyinin stimullaşdırılması üçün təkliflər hazırlayacaq.

Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaların təqdim edildiyini deyən C.Bayramov əlavə edib ki, psixoloqların əməkhaqqısı diaqnostik qiymətləndirmədən keçən müəllimlərdən fərqli şəkildə müəyyən edilir:

"Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əməkhaqqısı müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları 2 dəfədən bir qədər az artırılıb.

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin nəticəsi olaraq psixoloji xidməti təşkilinin nəticəsi olaraq təhlillər aparılacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkil edilməsi, onların sayının müəyyən edilməsi istiqamətində təkliflər hazırlayacaq. Bildiyiniz kimi, əməkhaqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə addımlar, təşəbbüslər irəli sürüləcək".

Qaynarinfo


Oxunma sayı: 3609

Oxşar yazılar