Elazığ zəlzələsində ölənlərin sayı 40-a çatdı

  • 15:49 - 27 Yanvar

Türkiyənin Elazığ vilayətində dağıntıların altından daha bir adamın cəsədi çıxarılıb.

Avropa.info xəbər verir ki, 6,8 ballıq zəlzələnin qeydə alındığı Sivricə rayonunda çökən Dilek binasında aparılan axtarış-xilasetmə işlər nəticəsində 3 nəfər çıxarılıb. Lakin bir nəfəri xilas etmək olmayıb.

Elazığda 36, Malatyada 4 nəfər olmaqla zəlzələdə ölənlərin sayı 40-a yüksəlib.


Oxunma sayı: 6766

Oxşar yazılar