Erməni yazar Nişanyandan zəlzələdə həyatını itirən elazığlılara təhqirlər : Türkiyə prokurorluğu şərəfsiz ermənini axtarışa verdi

  • 15:25 - 27 Yanvar

"Taraf" qəzetinin keçmiş erməni yazarı Sevan Nişanyan barəsində Elazığ şəhəri barədə təhqiramiz ifadələr paylaşdığına görə cinayət işi açılıb.

Avropa.info xəbər verir ki, 6.8 bal gücündə zəlzələ baş vermiş Elazığ sakinləri barəsində təhqirlərlə dolu ifadələr işlədib.

"Elazığ Türkiyənin ən böyük, cahil, ən paranoid, cinsəl həyasız, maddi və mənəvi təcavüz mədəniyyəti şəhəridir", deyə skandal sözlər paylaşıb.

İzmir Foça Açıq Cəza İcrası Təşkilatına təslim olmamaqla Avropaya qaçdığı müəyyən olunan Nişanyan sosial şəbəkə hesabında daha sonra Elazığ barədə bu təhqirləri yazıb:

"Qəsb edilmiş əmlak üzərinə qurulmşdur, inkar edilmiş kimliklərdən hörülmüş bir həbsxanadır. Onların idealı Mehmet Ağardır. Heyf uşaqlara, onlar suçsuzdur".

Qeyd edək ki, Nişanyan Türk millətini, Türkiyə Cümhuriyyətini, Türkiyə hökumətini, dövlətin məhkəmə orqanlarını aşağılamaq və başqa cinayətlərinə görə axtarışa verilib.


Oxunma sayı: 38138

Oxşar yazılar