Böyük ürəkli adam ... - Abdulqadir Selvinin yazısı

  • 14:52 - 27 Yanvar

Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi Elazğın zəlzələsi haqda yazı yazıb.

Avropa.info xəbər verir ki,  Selvi “Siyasətdən yaza bilmədim” köşə yazısında Türkiyə prezidenti Ərdoğanı “Böyük ürəkli adam” adlandırıb.

“Siyasi kulislərdan yazıram. Amma məsələ Elazığ və Malatyanı vuran zəlzələ olunca siyasətdən yazmağa əlim gəlmədi. Bu gün məni bağışlayın, çünki kompüterin klaviaturasına toxuna bilmədim. 

Mərmərə zəlzələsi böyüklüyünə görə, zəlzələ tarixinə keçən ən böyük fəlakətlərdən biridir. Ancaq Türkiyədə o zaman sadəcə zəlzələ baş verməmişdi, dövlət dağıntıların altında qalmışdı. 

Yalovadan deputat Yaşar Okuyan o vaxtlar nazir idi. Zəlzələdən sonra günorta saatlarında Nazirlər Kabineti yığışmışdı. Yaşar Okuyanın Mərmərə bölgəsinin dağıldığını deməsi ilə fəlakətin miqyası ortaya çıxmışdı. O dövrün prezidenti Əhməd Nəcdət Sezər və baş nazir Bülənt Ecevit millətə liderlik edə bilməmişdi. Prezident olmağın öz maşını ilə Miqrosa gedib alış-veriş etməyin, baş nazir olmağın qırmızı işıqda gözləməyin olmadığını o zaman öyrənmişdik. 

Əlbəttə ki, fəlakətlər müqayisə olunmaz. Amma idarəetmələr müqayisə olunar. Artıq bir fəlakət olanda ilk olaraq prezident Ərdoğanın hərəkətə keçəcəyindən əminik. Nazirlərin bölgəyə getdiyini, dövlət mexanizmlərinin işləməyə başladığını görürük”.

Van zəlzələsində gecəyarısı bölgəyə ilk gedən şəxsin Ərdoğan olduğunu deyən Selvi yazır: “Zəlzələnin ikinci günü də Elazığ və Malatyada idi. Fəlakət anında millətin prezidentini başında və dərhal yanında görməsi o qədər vacib hissdir ki...Millət cənazəsinə çiyin-çiyinə verib gözyaşı axıdan prezidentini qəlbində ayrı yerə qoyar. Böyük ürəkli adam bir millətin yükünü sanki çiyinlərində daşıyırdı. Bax, bu üzdən səni sevirik böyük ürəkli adam” - Abdulqadir Selvi belə yazıb.

 


Oxunma sayı: 9714

Oxşar yazılar