Bakıda baş redaktorun evi qarət olundu

  • 27 Yan - 2020

"Sportinfo.az" saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

Avropa.info xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:

"Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb".

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verildiyini vurğulayıb:

"Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb".


Oxunma sayı: 3598

Oxşar yazılar