ABŞ-ın Bağdad səfirliyi raket atəşinə tutuldu

  • 11:51 - 27 Yanvar

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.

Avropa.info xəbər verir ki, “yaşıl zona”da yerləşən səfirlik ərazisinə 3 mərmi düşüb. Mərmilərdən biri səfirliyin restoranına düşüb. Ümumilikdə 5 raket buraxılıb. Reuters ən azı üç nəfərin xəsarət aldığını bildirir.

CNN-nin məlumatına görə, səfirlik binasına elə də ciddi olmayan xəsarət yetirilib. 

Dövlət Departamenti İraq hökumətini xarici diplomatik obyektlərin qorunması ilə bağlı öhdəliyini yerinə yetirməyə çağırıb. Səfirliyə hücumu heç kəs öz üzərinə götürməyib.


Oxunma sayı: 7877

Oxşar yazılar