"Qubadlı" idman klubu "20 yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş Azərbaycan birinciliyində

  • 11:28 - 27 Yanvar

 2020-ci yanvar ayının 25-də Abşeron Olimpiya Kompleksində Azərbaycan respublikasının Gənclər və idman nazirliyi, Azərbaycan Karate Do Federasiyaları Assosiasiyası, Azərbaycan WKC Karate Do Federasiyasının, Viləşçay MMC ilə birgə təşkil etdiyi 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən Azərbaycan birinciliyi keçirilib. 

Avropa.info xəbər verir ki, "Qubadlı" idman klubu yarışda 13 nəfər idmançı ilə iştirak edərək növbəti uğura imza atıb. 

Belə ki 5 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 1 nəfər üçüncü yerə layiq görülüb. Bunları mətbuata açıqlamasında klubun rəhbəri Akşin Hüseynov bildirib


Oxunma sayı: 15885

Oxşar yazılar