İraqda Təhrir meydanına çıxan etirazçılar güllələndi

  • 11:18 - 27 Yanvar

İraq paytaxtı Bağdadın Təhrir meydanında keçirilən etiraz aksiyasında iki etirazçı odlu silahdan açılan güllə ilə vurularaq öldürülüb. 

Avropa.info xəbər verir ki, bu barədə Anadolu Agentliyinə ərazidə xidmət göstərən tibb  personalı məlumat verib. Etirazçılardan birinin başından vurularaq öldürüldüyünü deyən tibb personalı döyüş gülləsi ilə vurulan yaralıların sayının 33-ə çatdığını bildirib.

Mitinq fəalı Adnan əl-Hadidi Bağdadın Vəsbə meydanında təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açaraq, gözyaşardıcı qazdan istifadə etdiyini bildirib. Hadidi təhlükəsizlik  qüvvələrinin etirazçıların meydana girməsinin qarşısını aldığını deyib.

Təhlükəsizlik qüvvələrinin meydana hücuma keçməsindən az sonra Sədr hərəkatının üzvləri oranı tərk ediblər. 

İraq parlamentinin İnsan Haqları Komitəsi şənbə və bazar günləri 12 etirazçının öldüyünü açıqlayıb.


Oxunma sayı: 7437

Oxşar yazılar