Adı açıqlanınca ölkə qarışdı – Almanyada Sisi qalmaqalı

  • 10:58 - 27 Yanvar

Almaniyanın Drezden şəhərindəki "Semper Opernball"ın (Drezdenin dövlət operası) bu il Misir diktatoru Əbdülfettah əs-Sisiyə Müqəddəs Georg ordeni veriləcəyi ilə bağlı yaydığı açıqlamalar ölkədə böyük dartışmaya səbəb olub.

Avropa.info xəbər verir ki, Almaniyanın Drezden şəhərinin simvolları arasında olan bir tarixi mədəniyyət və sənət evinin Sisiyə bu mükafatı verəcəyini açıqlaması ölkədə qalmaqal yaradıb.

Xüsusilə sosial şəbəkə istifadəçiləri bu məlumata etiraz ediblər: Qiyamçı diktatora belə bir mükafat necə verilə bilər?"

"Semper Opernball"ın sənət direktoru Hans-Joachim isə Frey Sisi ilə bağlı verdikləri qərarı müdafiə edib.

Sənət yolu ilə bölgələr arasında körpü qurmağı hədəflədiklərini bildirən Frey bu qərarın siyasi olmadığını iddia edib.

Qeyd edək ki, adı çəkilən mükafat 2009-cu ildə Rusiya Prezidenti Vladimir Putinə, 2017-ci ildə isə Rumıniyanın Prezidenti Klaus Johannisə verilmişdi.


Oxunma sayı: 7800

Oxşar yazılar