Zelenski 2019-cu ildə 97 nəfəri əfv edib

  • 23:00 - 26 Yanvar

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib. 

Bu barədə Ukrayna Prezidentinin ofisindən məlumat verilib. 

"Ukrayna Prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabrına qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilib. 

Qeyd edilib ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir. Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilməyib.


Oxunma sayı: 5875

Oxşar yazılar