Razi Nurullayev: "Seçiləcəyimiz təqdirdə ilk qaldıracağımız məsələ uşaq pulunun bərpası olacaq" - Fotolar

  • 21:24 - 26 Yanvar

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşlər keçirir. 

Razi Nurullayev bu gün İmişlinin Yuxarı Qaralar, Ölcələr və Soltanmuradlı kəndlərində seçicilərlə görüşüb.

Bu barədə o, özünün “facebook” səhifəsində yazıb.

"İmişlinin Yuxarı Qaralar, Ölcələr və Soltanmuradlı kəndlərində gorüşlər keçirdik. Dedik ki, Parlament tribunası səsinizi eşitdirmək üçün məkan olacaq. Biz susqun deputat yox, sözü silah kimi istifadə edən, millətin yaxşı yaşamını təmin etmək üçün gur-gurlayan bulaq, dağlardan üzü aşağı süzülən, səsi km-lərlə uzaqlıqdan eşidilən şəlalə olacağıq. İndiyə kimi necə millət yolunda addımlamışıqsa, elə də davam edəcəyik.

İlk qaldıracağımız məsələ də uşaq pulu olacaq.


Oxunma sayı: 7745

Oxşar yazılar