Tripoli aeroportu atəşə tutulub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

  • 19:10 - 26 Yanvar

Liviya paytaxtında Mitiqa aeroportu yenidən atəşə tutulub.

Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən aeroportun atəşə tutulması nəticəsində 1 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

Mitiqa aeroportu Tripolinin dünya ilə əlaqəsini təmin edən yeganə aeroportdur. Aeroportun atəşə tutulması ilə əlaqədar sərnişin təyyarələrindən biri marşrutunu dəyişmək məcburiyyətində qalıb.

 

 

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya böhranı ilə əlaqədar keçirilən beynəlxalq konfransda qəbul edilən Bəyannamədə münaqişə tərəfləri – Milli Razılıq Hökuməti və Xəlifə Haftar atəşkəsə çağırılıb. Eyni zamanda ölkədə vahid hökumətin yaradılması, dövlətçiliyin bərpası üçün islahatların aparılması vacib hesab edilib. Ancaq buna baxmayaraq, Xəlifə Haftar 2019-cu il dekabrın 12-dən Tripoliyə başlatdığı hücumları davam etdirir.


Oxunma sayı: 5688

Oxşar yazılar