Malidə hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı öldürülüb

  • 18:31 - 26 Yanvar

Malidə silahlıların hərbi düşərgəyə hücumu zamanı təhlükəsizlik qüvvələrinin 15 əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə "Agency France Presse“ hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Sequ regionunun Sokolo şəhərindəki hərbi düşərgədə baş verib.

"Terrorçuların Sokolo düşərgəsinə hücumu zamanı azı 15 hərbçi öldürülüb", - mənbə bildirib. O, əlavə edib ki, silahlılar özləri ilə düşərgənin silahlarını və hərbi ləvazimatlarını da aparıblar. 


Oxunma sayı: 6084

Oxşar yazılar