Türkiyədə baş vermiş zəlzələnin fəsadlarına dair mətbuat konfransı keçirilib

  • 16:55 - 26 Yanvar

Türkiyənin Daxili İşlər, Səhiyyə, Ətraf Mühit və Şəhərsalma nazirləri Elazığ şəhərində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.

Avropa.info xəbər verir ki, mətbuat konfransında Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altından 45 nəfərin sağ çıxarıldığını deyib.

Bildirilib ki, yeraltı təkanların meydana gəldiyi vaxtdan indiyədək bölgədə 4 baldan çox 20 yeraltı təkan və 678 afterşok qeydə alınıb. Əraziyə 10 mindən çox çadır göndərilib. Onlardan 6 min 455-i artıq qurulub.

Bölgədəki zədəli binaların araşdırılacağını deyən nazir qeyd edib ki, evsiz qalan şəxslərə sabahdan etibarən kompensasiyaların ödənilməsinə başlanılacaq.

Səhiyyə naziri Fahrettin Koça hazırda xəstəxanalarda 104 nəfərin müalicə olunduğunu deyib.

Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum hadisə nəticəsində 31 tikilinin dağıldığını, 249-nun isə ağır zədə aldığını qeyd edib. Nazir bölgədəki 58 hökumət binasına və 52 infrastruktur obyektinə ziyan dəymədiyini qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 35 nəfər ölüb.


Oxunma sayı: 3972

Oxşar yazılar