Oğuzda dağlıq- meşəlik ərazidə yanğın başlayıb - FOTO

  • 16:35 - 26 Yanvar

Oğuzda dağlıq- meşəlik ərazidə yanğın başlayıb.

APA-nın  məlumatına görə, bu gün saat 15 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayon mərkəzindən keçən hissəsində yüksək dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 20-yə yaxın canlı qüvvəsi cəlb edilib.

 

Yanğının söndürülməsi istiqamətində iş gedir.


Oxunma sayı: 5281

Oxşar yazılar