Sumqayıtda 48 yaşlı qadın dəm qazından boğulub

  • 15:19 - 26 Yanvar

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

Hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)


Oxunma sayı: 6062

Oxşar yazılar