Braziliyada 30 nəfər leysan yağışların qurbanı olub

  • 14:03 - 26 Yanvar

Braziliyanın şərqindəki Minas-Jeyras ştatında 30 nəfər leysan yağışların qurbanı olub.

Avropa.info report-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın Mülki Müdafiə yerli idarəsinə istinadən G1 portalı bildirib.

"Minas-Jeyras ştatının Mülki Müdafiə İdarəsi leysan yağışlar nəticəsində 30 nəfərin həlak olması haqqında bildirib", - portal yazır.

İdarənin məlumatına görə, təbii hadisə zamanı daha 7 nəfər xəsarət alıb, təxminən 17 nəfər itkin düşüb. Leysan yağışlar ümumilikdə 3,5 min nəfərə ziyan vurub. Onlardan 2620 nəfəri evlərini tərk etməyə məcbur olub, 911 nəfər evsiz qalıb.

Ötən həftənin cümə axşamından başlayan leysan yağışlar ştatın 36 bələdiyyəsinə zərər vurub. 


Oxunma sayı: 6975

Oxşar yazılar