Türkiyənin daha bir vilayətində zəlzələ baş verib

  • 23:42 - 25 Yanvar

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda yerli vaxtla saat 20:49-da 4,1 bal gücündə zəlzələ olub.

 Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə,  zəlzələ yerin 7,90 kilometrliyində meydana gəlib. 

Təkanlar İzmirdə də hiss edilib. 

Qeyd edək ki, 22 yanvarda eyni ərazidə 5,4 bal gücündə zəlzələ olub. Zəlzələdən 249 bina zərər görüb.(apa)


Oxunma sayı: 6293

Oxşar yazılar