İtaliya “Facebook”u 5 milyon avro cərimə edə bilər

  • 23:25 - 25 Yanvar

İtaliya Antiinhisar Komitəsi istifadəçi məlumatlarının istifadəsi ilə bağlı tam məlumat verməməsinə görə “Facebook”a qarşı sanksiya tətbiqinə başlayıb.

Antiinhisar Komitəsi şirkətin sosial şəbəkələrdə qeydiyyata alındıqdan sonra istifadəçi məlumatlarının toplanması və kommersiya istifadəsi ilə bağlı kifayət qədər məlumat vermədiyini müəyyən edib. “Facebook” şirkətinə bununla bağlı müraciət göndərilsə də, hələ ki, heç bir cavab gəlməyib.

Sanksiya tətbiqindən əlavə “Facebook” dəymiş ziyanın ödənməsi üçün 5 milyon avroya qədər cərimə ilə də üzləşə bilər.

 


Oxunma sayı: 7085

Oxşar yazılar