Casusluqda ittiham olunan Britaniya vətəndaşı İranda on il müddətinə azadlıqdan məhrum edilib

  • 22:50 - 25 Yanvar

Əslən avstraliyalı olan Böyük Britaniya vətəndaşı Kayli Mur Hilbert İranda on il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi deyib.

O, Avstraliya hökumətinin Kayli Mur Hilbertin azad edilməsi məsələsinin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə müzakirə olunmasına dair Qərb mətbuatında yayılan xəbərləri təkzib edib. Bildirib ki, K.Hilbert İranın milli təhlükəsizliyinə zərbə vuran hərəkətə yol verib. O, 2019-cu ildə Mark Firkin və Coli Kinq adlı dostları ilə İrana gələrək burada hərbi obyektlərin fotoşəkillərini çəkərkən yaxalanıblar. Onlar İrana qarşı casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Bir qədər sonra M.Firkin və C.Kinq azad edilərək ölkələrinə qayıdıblar. Lakin K.Hilbert həbsdə saxlanılıb. Avstraliya və Qərb dövlətlərinin müraciətlərinə baxmayaraq, İran K.Hilberti azad edilməyəcəyini bildirib.


Oxunma sayı: 12013

Oxşar yazılar