Türkiyədə zəlzələdə ölənlərin sayı 38-ə, yaralananların sayı 1607 nəfərə çatıb - Yenilənib

  • 20:00 - 26 Yanvar

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfətə, yaralananların sayı 1607 nəfərə çatıb

Avropa.info xəbər verir ki, təbii fəlakət nəticəsində 1607 nəfər xəsarət alıb.

Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla saat 20.55-də episentri Elazığ şəhərinin Sivrice rayonunda olan 6,8 bal gücündə zəlzələ baş verib. Bundan sonra 270-dən çox afterşok qeydə alınıb. Yeraltı təkanlar Malatya, Adana, Hatay, Osmaniyə, Tunceli, Qaziantep, Şanlıurfa, Mardin və bir sıra digər vilayətlərdə də hiss olunub.

**

Türkiyənin şərqində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Avropa.info xəbər verir  ki, Elazığda yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb. Xilasedicilər dağıntılar altından 45 nəfəri sağ çıxarıblar. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb. 

Daha əvvəl zəlzələ zamanı 31 nəfərin həlak olduğu, 1466 nəfərin xəsarət aldığı bildirilirdi.  

***

Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 382-si yaralı olmaqla, 1556 nəfər xəstəxanalara müraciət edib

Avropa.info xəbər verir ki, bu barədə  Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər (AFAD) üzrə İdarəsi məlumat yayıb.

***

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində azı 29 nəfər həlak olub, daha 1466 nəfər yaralanıb. 

Avropa.info xəbər verir ki, bu barədə  Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər (AFAD) üzrə İdarəsi məlumat yayıb. 

Telekanalın məlumatına görə, xilasedicilər dağılmış evlərin uçqunları altından azı 43 nəfəri xilas ediblər. 

Daha əvvəl təbii hadisə nəticəsində 22 nəfərin həlak olduğu, 1243 nəfərin xəsarət aldığı bildirilirdi. 


Oxunma sayı: 12651

Oxşar yazılar