İran əsilli Kanada vətəndaşının soyadı Süleymani olduğuna görə ABŞ-a buraxılmayıb

  • 19:22 - 25 Yanvar

ABŞ polisi Kanada vətəndaşı olan bir iranlının Süleymani soyadını daşıdığı üçün sərhəddən keçməsinə icazə verməyib.

Kanada vətəndaşı olan Babək Süleymani adlı iranlı nəqliyyat şirkətində yük maşınının sürücüsüdür və dəfələrlə ABŞ-a yük aparıb. Lakin general Qasım Süleymaninin qətlindən sonra sərhədi keçərkən onun sənədləri yoxlanılıb və ABŞ-a daxil olmasına icazə verilməyib. Sərhəd polisi elə düşünür ki, bu şəxs generalın yaxın qohumudur və ABŞ-da terror aktları törədə bilər. Halbuki, Süleymani İranda çox geniş yayılmış soyadlardan biridir.

Hazırda Kanadanın Toronto şəhərində fəaliyyət göstərən şirkət iranlı sürücüsünün hüquqlarını müdafiə etmək üçün tədbirlər görməyə başlayıb. Şirkət ABŞ-ın sərhəd polisini inandırmalıdır ki, onun əməkdaşının qətlə yetirilən generalla heç bir qohumluq əlaqəsi yoxdur.


Oxunma sayı: 6392

Oxşar yazılar