Fransaya aid QHT-nin dörd əməkdaşı Bağdadda itkin düşüb

  • 19:04 - 25 Yanvar

Fransanın Yaxın Şərqdə xristianlara yardım edən nüfuzlu “SOS Chretiens d’Orient” (“Yaxın Şərq xristianları”) adlı qeyri-hökumət təşkilatının dörd əməkdaşı İraqın paytaxtı Bağdadda itkin düşüb. 

Avropa.info xəbər verir ki, bu barədə Fransanın İraqdakı səfirliyi məlumat yayıb. 

QHT əməkdaşlarının üç nəfərinin Fransa vətəndaşı olduğu bildirilir. Təşkilatın sədri Benjamin Blançard Parisdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, itkin düşənlərin taleyi məlum deyil və heç bir qruplaşma onların girov götürülməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürməyib. 

“SOS Chretiens d’Orient” 2014-cü ildə - İŞİD-in Mosulu işğal etməsi və dini-etik azlıqların (xristianlar və yezidilər) öz evlərindən didərgin salınmasından sonra İraqada fəaliyyətə başlayıb. Təşkilat qaçqınların Ərbil şəhərində yerləşdirilməsi və onlara humanitar yardım göstərilməsini təmin edib. İtkin düşən əməkdaşlar isə Bağdada vizalarının müddətini artırmaq və İraqın hakimiyyət orqanlarında qeydiyyatdan keçmək üçün gediblər.


Oxunma sayı: 6678

Oxşar yazılar