Türkiyədə 39 nəfər dağıntılar altından sağ çıxarılıb

  • 14:30 - 25 Yanvar

Türkiyədə güclü zəlzələ nəticəsində baş vermiş dağıntılar altından 39 nəfər sağ çıxarılıb. 

Bu barədə Türkiyənun NTV kanalı xəbər yayıb. 

Zəlzələnin episentrində - Elazığda daha 22 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. 



Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. 

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.   

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.


Oxunma sayı: 9967

Oxşar yazılar