"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"

  • 14:00 - 25 Yanvar

“Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar”. Avropa.infoməlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki günü üçün” yaddaş kitabçasında bildirib.

O qeyd edib ki, məntəqə seçki komissiyaları peşəkarlıqla öz vəzifələrinin öhdələrindən gəlməlidirlər.

M.Pənahov vətəndaşların seçki hüquqlarının qorunması, seçici siyahılarının dəqiqləşdirilməsi və seçicilərin həmin siyahılarla tanış edilməsi, seçki məntəqələrinin səsvermə gününə tam hazır olmasının vacibliyini də vurğulayıb.

“Seçicilərin azad və sərbəst səs vermələrinin təşkili, səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolların qüsursuz tərtib edilərək dərhal dairə seçki komissiyalarına çatdırılması kimi mühüm vəzifələri qanunvericiliyin tələbələrinə uyğun yerinə yetirməlisiniz”, - deyə M.Pənahov əlavə edib.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2020-ci ilin fevralın 9-da keçiriləcək. 


Oxunma sayı: 5985

Oxşar yazılar