Deputatlığa namizəd jurnalistlər birləşdi – İNMB yaradıldı

  • 13:46 - 25 Yanvar

9 fevral tarixində keçiriləcək parlament seçkilərinə namizəd kimi qatılan media təmsilçiləri bir araya gələrək, bəyanat yayıblar.

Avropa.info-ya daxil olan bəyanatda bildirilir ki, ölkənin bütün sahələrində ciddi islahatlar aparılır. Azərbaycan Prezidenti cəmiyyəti aktiv olmağa, ictimai nəzarəti gücləndirməyə çağırır və jurnalistləri özünün köməkçiləri adlandıraraq, medianı dəyişikliklərə dəstək verməyə sövq edir:

“Belə vəziyyətdə təbii ki, KİV daha məsuliyyətli olmağa borcludur, tanınmış jurnalistlərin də deputatlığa namizəd olması bu konteksdə alqışa layiqdir.

Biz həmkarıq, seçki prosesi boyunca bir-birimizin yanında olmaq mənəvi öhdəliyimizdir. Bununla yanaşı, birlikdə xalqın, cəmiyyətin, daha dəqiq, seçicinin yanında olmalıyıq”.

Bəyanatda İslahatlar Naminə Media Blokunun (İNMB) şəffaf, ədalətli, demokratik seçki istəyi ilə yarandığı ifadə edilib:

“Blokun üzvü olan namizəd jurnalistlər seçki prosesi boyu yaşanan həm neqativ, həm də pozitiv hadisələri bir mənbədən işıqlandırmağı hədəf seçiblər. Seçki adına xələl gətirən, o cümlədən şəffaf mühitin formalaşmasına xidmət edən hər bir hadisəni yerli və dünya ictimaiyyətinin nəzərinə çatdıracağıq. Seçkinin yekun bəyanatı da İNMB tərəfindən hazırlanaraq yayılacaq.

Namizəd jurnalistlərin təmsil olunduğu blok həmkarların təbliğat-təşviqat prosesinə də dəstək verəcək”.


Oxunma sayı: 7217

Oxşar yazılar