Sumqayıt və Gəncədə əlavə “ASAN xidmət” mərkəzi tikiləcək

  • 12:50 - 25 Yanvar

Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur. 

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.  

Agentlik sədri bildirib ki, cari il ərzində Sumqayıt və Gəncədə əlavə "ASAN xidmət" mərkəzi tikiləcək. Eyni zamanda, Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisinə başlanılacaq.


Oxunma sayı: 5875

Oxşar yazılar