Elazığ zəlzələsində tamamilə dağılan kənd – Foto

  • 12:43 - 25 Yanvar

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda dünən gecə 21:55-də baş verən 6,8 bal gücündə zəlzələdə 22 nəfər ölüb, 1030 nəfər də yaralanıb.

Avropa.info xəbər verir ki, zəlzələnin ən çox təsirinə məruz qalan yer isə Çevrimtaş kəndi olub. Kənddəki evlərin demək olar hamısı çöküb. 13 evin dağıldığı kənddə 2 nəfər ölüb, 2 nəfər də yaralanıb. Kəndlilər gecəni çöldə keçiriblər. Kənddə dağılan axırların arasından heyvan səsləri gəlir, ardıcıl təkanlar dağılmayan divarları da çökdürür.

“Sputnik” agentliyinə müsahibə verən kənd sakini: “Nə baş verdiyini anlamadan ev üstümüzə çökdü. Dağıntılar arasında çölə çıxdıq. Qəza altından 2 meyit çıxardıq. Jandarm kəndə gələrək kömək etdi. Yaralıları xəstəxanaya apardıq. İndi xarabalığa çevrilən kənddə nə edəcəyik, bilmirik”.


Oxunma sayı: 8526

Oxşar yazılar