Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə şad xəbər

  • 12:39 - 25 Yanvar

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 27-31-də Nizami və Xətai rayonlarında istismarına icazə verilmiş 1032 mənzili əhatə edəcək.

Bu barədə Avropa.info İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Qeyd edək ki, xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.


Oxunma sayı: 4874

Oxşar yazılar