“Washington Post” müxbirləri: “Tramp Ərdoğana heyrandır”

  • 12:07 - 25 Yanvar

“Washington Post” qəzetinin müxbirləri Kerol Leonniq və Filip Rukerin yazdığı “'A Very Stable Genius” (Çox sabit dahi) adlı kitabda ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğana heyran olduğu yazılıb.

Avropa.info xəbər verir ki, 21 yanvarda satışa çıxan kitabda “Tramp uzun müddətdir Ərdoğana heyrandır. Trampı xüsusilə Ərdoğanın sərt temperamenti və rəqiblərinin öhdəsindən rahatlıqla gələ bilməsi cəlb edir” ifadələri işlədilib.

Kitabda adı gizli saxlanılan Trampın müşavirlərindən biri belə deyib:

“Cəmiyyətin özünə və digər siyasətçilərə necə yanaşdığına son dərəcə diqqət edən Tramo Ərdoğanın “dərin və əmredici” səsindən xoşu gəlir. Onun səsində güclü və ürpərdici bir şey var”.

Leonniq və Ruker Trampın ABŞ hərbçilərini Suriyadan çıxarmaq qərarını 2018-ci ilin 14 dekabrında Ərdoğanla keçirdiyi telefon danışığından sonra verdiyi qeyd olunur. 

Bu qərarın ABŞ hökumətindəki yüksəkvəzifəli şəxslər üçün gözlənilməz proses olduğunu qeyd edən Leonniq və Ruker yazır:

“Suriyadan çıxmağa qətiyyətlə qarşı çıxan o dövrün müdafiə naziri Ceyms Mattis Trampın bu addımını dəstəkləyən tərzdə mətbuata açıqlama verməyi rədd edir”.


Oxunma sayı: 6788

Oxşar yazılar