Lənkəranda 35 yaşlı qadın itkin düşdü

  • 11:44 - 25 Yanvar

Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.

Report-un xəbərinə görə, hadisə yanvarın 18-də rayonun Xarxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1985-cü il təvəllüdlü Gümayə Məmmədova yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 6150

Oxşar yazılar