Ərdoğandan Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama

  • 10:12 - 25 Yanvar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib.

Avropa.info xəbər verir ki, Ərdoğan qeyd edib ki, Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanları səfərbər edilib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini deyib: "Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm".

Daxili İşlər Naziri Süleyman Soylu isə bütün imkanlarla səfərbər olduqlarını deyib: "İlk dəqiqədən etibarən cənab Prezidentimizin təlimatları açıq və dəqiqdir. İnşəallah, yaralarımızı el birliyi ilə sarıyacağıq. Bu anda Malatyada dağıntılar altında heç kimsə yoxdur".


Oxunma sayı: 6733

Oxşar yazılar