Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb

  • 23:50 - 24 Yanvar

Madaqaskarın şimal-qərb bölgəsini cənginə alan leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Ölkənin Milli Risqlər və Fəlakətlər üzrə İdarəetmə Bürosundan çəltik tarlalarının su altında qalması və ərzaq tədarükünün məhv olması səbəbindən kütləvi aclıq və ərzaq məhsullarının bahalaşması təhlükəsinin ortaya çıxdığı bildirilib.

Belə ki, təbii fəlakət nəticəsində ölkənin şimal-qərbini qalan bölgələrlə birləşdirən yolun 700 metrlik hissəsi dağılıb.

Yaranmış vəziyyətlə bağlı müxalifət ölkə prezidenti Andri Racelinanı fövqəladə vəziyyət tətbiq etməyə çağırıb.(report)


Oxunma sayı: 9395

Oxşar yazılar