Lukaşenko: “Putinə qəti olaraq dedim ki...”

  • 23:33 - 24 Yanvar

Belarusun suverenliyinin Rusiya tərəfindən ləğvinə gedə bilmərəm, əks təqdirdə belaruslar bu qərarın qəbulundan sonrakı bir il ərzində məni yeyərlər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim öz ölkəmiz var. Biz suverenik və müstəqilik. Biz öz beynimizlə və əlimizlə ölkəmizi tikmişik. Hansısa ölkənin bir hissəsi ola bilmərik. Mən sizi satmaq və Belarusu ləğv etmək istəmirəm. Mən Rusiya Prezidenti ilə danışıqlarda birmənalı olaraq demişəm ki, bunu Belarusla heç kim edə bilməz”, – deyə Lukaşenko bildirib.

O, Belarusun son prezidenti olmaq istəmədiyini də deyib.

Prezident övladlarının Belarusda gələcəkdə də sülh içində yaşamasını istədiyini bildirib.

Lukaşenko Minskin ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ ilə neft tədarükü ilə bağlı danışıqlar apardığını xatırladıb: “Onlarla mükəmməl münasibətim var. Deyirlər ki, nə qədər istəyirsinizsə, o qədər neft tədarük edə bilərik. Bu ölkələrdə neftin keyfiyyəti çox yaxşıdır”.


Oxunma sayı: 6348

Oxşar yazılar