Türkiyədə güclü zəlzələ: ölən və yaralıların sayı durmadan artır - Yenilənib (Video)

  • 22:58 - 24 Yanvar

Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb.

Avropa.info-nun Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.

****

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var. 

Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb. 

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.  

APA-nın məlumatına görə, bir nəfərin yaralandığı bildirilib. 

*** 

22:20 

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. 

 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də  İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.      

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib. 

**** 

22:10 

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. 

 Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.  

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib. 

Tələfat barədə hələlik məlumat verilməyib.


0tzNa5Hvs1M

Oxunma sayı: 13377

Oxşar yazılar