İlqar Hüseynli: "Məni müdafiə edən xalqıma təşəkkür edirəm" - Fotolar

  • 22:48 - 24 Yanvar

Ölkə ərazisində parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd İlqar Hüseynlinin seçki gərargahından Avropa.info-ya verilən məlumata görə, ilqarHüseynli bu gün Çaxırlı, Xubyarlı və Məzrəli kəndlərində seçicilərlə görüş keçirib.

"Bu gun mənimlə görüşə gəldiyinizə görə dəyərli seçicilərə minnətdaram. Bu ilki parlament seçkiləri kifayət qədər əhəmiyyətli məsələdir. Xalqımız doğru seçimini edəcək. Biz parlamentin simasının dəyişməsini istəyirik. Sizləri əmin edirəm ki, bu seçimdə qalib olduğumda daimə sizlərlə birlikdə olub və etimadınızı doğruldacağam. Hər birinizin vəkili olacağam. Məni müdafiə edən xalqıma təşəkkür edirəm. Sizlərə güvənərək bu yola çıxdım və uğurun açarıda sizlərsiniz.Var olun!"


Oxunma sayı: 10121

Oxşar yazılar