Razi Nurullayev: "Hər çıxışımdan sonra əhval-ruhiyyə yüz faiz dəyişir"

  • 21:45 - 24 Yanvar

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev seçicilərlə görüşlər keçirir. Razi Nurullayev bu gün İmişlinin Aranlı və Hacırüstəmli kəndlərində seçicilərlə görüşüb. Bu barədə o, özünün “facebook” səhifəsində yazıb.

"Bu gün İmişlinin Hacırüstəmli və Aranlı kəndlərində sakinlərlə bir araya gəldik. Çıxışım da canlı yayımlandı. İnsanlar mənə inanır, etimad göstərir. Qürurvericidir. Hər çıxışımdan sonra əhval-ruhiyyə yüz faiz dəyişir. Yenə də gündəmim uşaq pulunun verilməsi, 3 yaşa kimi pulsuz yeməyin dövlət tərəfindən təminatı və hər doğulan uşağa normal müavinət idi. Biz bunun üçün mübarizə aparacağıq.

Bu gün həm də ədalətli cəmiyyətdən, rüşvətsiz və korrupsiyasız quruculuqdan danışdım."

 


Oxunma sayı: 11804

Oxşar yazılar