Bu dairədə daha bir namizəd geri çəkildi

  • 16:25 - 24 Yanvar

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini irəli sürən və qeydə alınan Yurddaş Partiyasının sədri Mais Səfərli iddiasından geri çəkilib.

Aropa.info xəbər verir ki, bu barədə Bakıpost.az məlumat yayıb.

Qeyd edək ki, ötən gün həmin dairədən iki dəfə deputat seçilən Hacı Salayev də namizədliyini geri çəkmişdi.

Hazırda 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən şahmatist, Sumqayıt bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarova, yazıçı Varis Yolçuyev, jurnalist Nəsimi Şərəfxanlı namizəddir.

Hakim partiya isə həmin dairədən Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlinin namizədliyini irəli sürüb.


Oxunma sayı: 8845

Oxşar yazılar