Çində dəhşət yaşanır: Virusa yoluxunların cəsədləri küçələrdə – Çin səddi bağlandı (Fotolar)

  • 15:42 - 24 Yanvar

Çinin Vuhan şəhərində ilk dəfə ötən ilin dekabrın 12-də ortaya çıxan koronavuris epidemiyası getdikcə yayılmağa davam edir.

Avropa.info xəbər verir ki, Çinin dövlət televiziyasının (CCTV) ölkənin Milli Səhiyyə Komissiyasına istinadən yaydığı məlumata görə, virusa yoluxanların sayı 830 nəfərə çatıb. Epidemiyadan ölənlərin sayı 26 nəfərdir. Virusun təsirinə məruz qalan 830 nəfərdən 177-sinin vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin epidemiyanın təsirinə məruz qalan insanlarla təmasda olan şəxslərdən müşahidə altına alınanlarının sayı 8 min 420 nəfər, virus daşıyıcısı olmağında "şübhəli" bilinənlərin sayı isə 1072 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Təcili Vəziyyət Komitəsinin rəhbəri Tedros Adhanom Ghebreyesus koronoviruslə bağlı "beynəlxalq səhiyyə təcili yardımı" elan etmək üçün erkən olduğunu söyləyib. 

Hastaneler ölümcül virüs vakasıyla doldu taştı....

Çin Sənaye və Texnologiya Nazirliyi Vuhan şəhərində ortaya çıxan yeni tip coronavirus (2019-nCoV) epidemiyasının qarşısının alınması və nəzarətə götürülməsinə yardım etmək üçün 14 mütəxəssisdən ibarət araşdırma qrupu qurulduğunu açıqlayıb. Bakanlığın, Milli Səhiyyə Komissiyası və müxtəlif şöbələr ilə birlikdə yaradılan tədqiqat qrupu, virusun izini, yoluxucu olduğunu, aşkarlama metodlarını, genetik təkamülü araşdıracaq və vaksinlərin inkişafına dəstək verəcək. 2003-cü ildə ölkədə baş verən ağır kəskin tənəffüs sindromu (SARS) ilə mübarizəsi ilə tanınan elm adamı Cong Nanşan araşdırma qrupuna rəhbərlik edəcək.

Şanxay və Pekin rəhbərliyi riskli ərazilərdə yaşayan vətəndaşlara evi 14 gün tərk etməmək barədə xəbərdarlıq ediblər. Digər tərəfdən, ölkənin ən böyük turistik məkanlarının, o cümlədən Çin səddinin ziyarətçilər üçün bağlandığı bildirilir.

Çin Elmlər Akademiyasının Mikrobiologiya Akademiyası, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adlandırılan coronavirus, elektron mikroskopla fotoşəklini çəkib.

 


Oxunma sayı: 21000

Oxşar yazılar