Tramp Fələstin problemini İsrailin xeyrinə həll edəcək “Əsrin müqaviləsi”ni açıqlayacaq

  • 14:59 - 24 Yanvar

Florida ştatına gedən ABŞ prezidenti Donald Tramp “Əsrin müqaviləsi” adı ilə tanınan Yaxın Şərq sülh planı ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Tramp planın İsrail baş naziri Benyamin Netanyahunun çərşənbə axşamı Ağ Evə ziyarətindən əvvəl açıqlayacağını deyib.

“Bu səfərdən qısa müddətdən sonra bu planı açıqlayacağıq. Müqavilədə fələstinlilərə bir çox təşviq təqdim olunur. Əvvəldə mənfi reaksiya verəcəklərinə əminəm, lakin bu müqavilə əslində onlar üçün müsbətdir” – Tramp deyib.

Ağ Evin yaydığı məlumata görə, İsrail baş naziri Netanyahu və Mavi-Ağ İttifaqın sədri Benni Qantz “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün 28 yanvarda Vaşinqtona gələcəklər.

Müqavilənin detalları açıqlanmasa da, mətbuata sızan xəbərlərdən Qüds tamamilə İsrailə verilməsi və İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrinin mövcudiyyətini təmin edilməsi kimi fələstinlilərin əleyhinə maddələrin olduğu bildirilir. 6 milyon fələstinlinin geri qayıtması ilə bağlı planda heç nə deyilmir.


Oxunma sayı: 7041

Oxşar yazılar