Əsəd rejimi və PYD/PKK arasında danışıqlar yenidən başlayacaq

  • 11:45 - 24 Yanvar

Suriya parlamentinin kürd əsilli deputatı Ömər Ose Dəməşq və PYD/PKK arasında danışıqların yenidən başlayacağını deyib.

Avropa.info xəbər verir ki, “Rûdaw” telekanalına danışan Ömə Ose “Suriya hökuməti rəsmiləri ilə SDQ komandirləri arasında danışıqlar başlayacaq” deyib. O, danışıqların yaxın günlərdə Dəməşqdə start götürəcəyini qeyd edib.

Xatırladaq ki, rəsmi Dəməşq və PYD terror təşkilatı arasında danışıqlar 2019-cu ilin 24 dekabrda PYD-nin ABŞ ilə münasibətlərinə görə nəticəsiz yekunlaşmışdı.


Oxunma sayı: 6821

Oxşar yazılar