Bu da koronavirusun yayıldığı bazar – Rəsmilər epidemiyanın bu heyvandan yayıldığını da ehtimal edir (Fotolar)
- 11:42 - 24 Yanvar
Çində ortaya şıxan koronavirusun Vuhan şəhərindəki Huanan bazarında satılan dəniz məhsullarından yayıldığı ehtimal edilir.
Avropa.info xəbər verir ki, Çinin Vuhan şəhərində ortaya çıxan yeni tipli koronavirus (2019-nCoV) epidemiyasına 830 nəfər yoluxub, 25 nəfər ölüb.
Koronavirusun Vuhan şəhərindəki Huanan dəniz məhsulları bazarından yayıldığı təxmin edilir. Bu bazarda yarasa, ilan, koala, timsah, tülkü, tovuzquşu kimi vəhşi heyvanlar yeyilmək üçün diri və ya ölü olaraq satılır.
Xatırldaq ki, rəsmilərin açıqlamasında virusun yarasadan yayılmış ola biləcəyi bildirilmişdi.
Bu gün Çindəki bəzi səlahiyyətli şəxslər vurusun ilandan da yayıla biləcəyini iddia edib.
Sözü gedən bazar dövlət qurumları tərəfindən bağlanılıb və sanitar-epidomoloji işlərin görülməsinə başlanılıb.