Bağdadda ABŞ əleyhinə kütləvi etiraz aksiyası keçirilir - Foto

  • 11:37 - 24 Yanvar

Bağdadda ABŞ qoşunlarının İraqdakı mövcudiyyətinə etiraz etmək məqsədilə etiraz aksiyası keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat verib. Telekanalın məlumatına görə, kütləvi etiraz aksiyası bu səhər Bağdadın mərkəzində yerləşən əl-Cadriyə rayonunda başlayıb. Etirazçılar əllərində İraq bayraqları vətənpərvər şüarlar səsləndiriblər.

Telekanal İraq parlamentində “Sairun” blokunun lideri Müqtəda əs-Sədrin ölkədəki amerikan ordusunun varlığına son qoymaq üçün əhalini dinc aksiyalara çıxmağa çağırıb.

Qeyd edək ki, 5 yanvarda İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin çıxarılması ilə bağlı qətnamə qəbul etmişdi.


Oxunma sayı: 13443

Oxşar yazılar