Putin özünə yeni köməkçilər təyin etdi

  • 11:20 - 24 Yanvar

Rusiya prezidenti Vladimir Putin Vladimir Medinski və Maksim Oreşkini öz köməkçiləri təyin edib.

Avropa.info xəbər verir ki, Medinski daha əvvəl mədəniyyə naziri, Oreşkin isə iqtisadi inkişaf naziri vəzifəsini tuturdu. Onların hökumətdə hansı sahələri kurasiya edəcəyi ilə bağlı hələlik məlumat verilmir. Prezidentin mədəniyyət məsələləri üzrə köməkçisi Vladimir Tolstoy öz vəzifəsində qalacaq.

Qeyd edək ki, keçən həftə baş nazir Dmitri Medvedevin hökuməti istefaya getmişdi, yeni kabinetə Mixail Mişustin başçılıq edib.


Oxunma sayı: 6909

Oxşar yazılar