Azərbaycanın bu bölgəsində temperatur mənfi 17 dərəcəyədək enib

  • 24 Yan - 2020

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın məlumatına görə, yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb.

Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb.

Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.


Oxunma sayı: 3455

Oxşar yazılar