İçkili vəziyyətdə dava salan nazir istfa verdi

  • 23:15 - 23 Yanvar

Slovakiyanın Ekologiya naziri Laslo Solimos yanvarın 23-də tutduğu vəzifədən istefa verib.

51 yaşlı siyasətçinin bu addımı atmasına səbəb yanvarın 22-də Bratislavanın mərkəzindəki restoranların birində içkili vəziyyətdə dava salması, restoranın işçilərinə hücum etməsi və onlardan birinə xəsarət yetirməsi olub.

Məsələ ictimailəşdikdən sonra Baş nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.(axar.az)


Oxunma sayı: 5688

Oxşar yazılar