Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını istəyir

  • 22:40 - 23 Yanvar

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun genişləndirilməsini və Gürcüstanın təşkilata üzv qəbul olunmasını vacib hesab edir.

“Reuters” xəbər verir ki, nazir bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə bildirib.

“Gürcüstanı niyə dəvət etmədiyimizi, yaxud da Gürcüstanın üzvlüyünə yönələn fəaliyyət planını işə salmadığımızı başa düşmürəm... Biz qonşu ölkə kimi Rusiya ilə əlaqələrimizi nisbətən yaxşılaşdırdığımıza görə tənqidlərə tuş gəlirik, amma qərbli dostlarımız da Rusiyanı təhrik etmək istəmədikləri üçün Gürcüstanı dəvət etməyə razılaşmayıblar. Amma Gürcüstan bizə möhtacdır, biz də Gürcüstan kimi müttəfiqə ehtiyac duyuruq. Odur ki, bizə genişlənmə gərəkdir, Gürcüstan da üzv olmalıdır”, - deyə M.Çavuşoğlu vurğulayıb.


Oxunma sayı: 10935

Oxşar yazılar