İspaniyada güclü fırtına azı 11 nəfərin həyatına son qoyub

  • 20:55 - 23 Yanvar

İspaniya son illərin ən güclü fırtınasına məruz qalıb. Təbii fəlakət nəticəsində azı 11 nəfər həlak olub, itkin düşənlər var.

Xilasedicilər itkin düşmüş beş nəfərin axtarışını davam etdirirlər. Güclü külək, qar və yağışla müşayiət olunan “Qloriya” fırtınası nəticəsində ümumilikdə 78 nəfər zərər çəkib. Kəskin hava şəraiti səbəbindən bu gün İspaniya və Fransanı birləşdirən dəmir yolunda sürət qatarlarının hərəkəti dayandırılıb.

İspaniyanın meteorologiya agentliyi fırtınadan əvvəl krallığın bir çox əyalətlərində təcili xəbərdarlıq elan etmişdi. Yollar və limanlar bağlanmış, məktəblərdə dərslər dayandırılmış, yerli sakinlər təxliyə olunmuşdu. Hazırda hava şəraiti yaxşılaşa da, bir neçə əyalətdə xəbərdarlıq qüvvədə qalır.


Oxunma sayı: 7008

Oxşar yazılar