Razi Nurullayev: "Ünvanlı sosial yardım insanları bir-birinə düşmən edib, ləğv olunmalıdır, əvəzində uşaq pulu verilməlidir" - Fotolar

  • 20:02 - 23 Yanvar

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşlər keçirir. Razi Nurullayev bu gün İmişlinin  Mürsəlli və Qaraqaşlı kəndlərində seçicilərlə görüşüb. Bu barədə o, özünün “facebook” səhifəsində yazıb. 

"Mürsəlli və Qarağaşlı kəndlərində görüşdük. İnsanlar diqqət, qayğı və hörmət istəyirlər. Heç kimin vaxtında, dövlətində, kreslosunda gözü yoxdur. Onlar istəyir ki, səsləri tribunadan eşidilsin, millət vəkili onların xeyir-şərində iştirak etsin.

Mövqeyim budur və İmişli camaatı bu fikirlərimi bəyənir və dəstəkləyir, "ura" deyir.

Ünvanlı sosial yardım insanları bir-birinə düşmən edib, ləğv olunmalıdır, əvəzində uşaq pulu verilməlidir, hər doğulan uşağa birdəfəlik müavinət, 3 yaşına qədər isə pulsuz yemək. Gənc nəsil sağlam böyüməlidir, dövlət uşaqların böyüməsində iştirak etməlidir ki, uşaqların üzərində hökm edə bilsin.

Valideynlər deyir ki, mənimlə uşaq böyüdüblər ki, uşağımız əlimizdən alıb aparırlar? Uşaq həm də dövlətindir, sərhədləri, torpağı qoruyandır. Buna görə də onun böyüməsində birbaşa yardımla rol almalıdır. Biz buna birlikdə nail olacağıq. İslahatlar dalğası başlanıb, xalqın səsi eşidilir və ölkə rəhbərliyi təklifləri dinləyir. İnşallah, xalqın səsi və tələbi eşidiləcək və bu təklifimiz həyata keçəcək."

 

Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.

Oxunma sayı: 11353

Oxşar yazılar